Nəhayət gözlədiyimiz gün gəldi və doğma Şuşamız işğaldan azad edildi. Neçə illərin həsrətinə son qoyuldu. Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə ciddi təsir göstərdi. 28 il, 6 aydan sonra rəşadətli ordumuz tərəfindən Şuşamızın işğaldan azad edilməsi müharibənin taleyinə həlledici təsir göstərərək Zəfər günü kimi tarixə yazıldı. Xarıbülbül Qarabağın azadlıq rəmzi oldu. Şuşa şəhəri zəngin və şanlı tarixi keçmişə malik olmuşdur. Şuşa özünün ipəyi, parçası, çini qabları, ticarət elitasının mövcudluğu ilə dünyada böyük şöhrət qazanmışdır. Elə buna misal olaraq Şuşadakı qədim karvansaraları göstərmək olar. Görkəmli dövlət xadimi Heydər Əliyevin Şuşaya tarixi abidə kimi qayğısı danılmazdır. Dahi Azərbaycan şairi Molla Pənah Vaqifin qəbirüstü məqbərəsinin qurulması və açılışı da buna misal ola bilər. 1992-ci ildə erməni vandalları tərəfindən Şuşa işğal edildi və bütün tarixi və müasir abidələr, o cümlədən məscidlər yerlə-yeksan edildi. Ulu öndərimizin davamçısı, Ali Baş Komandanımız İlham Əliyevin uğurlu siyasəti və güclü ordumuzun rəşadəti sayəsində Şuşa işğalçılardan azad edildi. Əlbəttə ki, biz bu günü çoxdan gözləyirdik, arzumuza çatdıq. 2021-ci ilin mayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladlğı fərmana əsasən Şuşa Azərbaycanın Mədəniyyət Paytaxtı elan edildi. Ali Baş Komandanımıza öz minnətdarlığımızı bildiririk.Elnarə Həsənova,Xocalı şəhər 1 saylı tam orta məktəbin müəllimi